Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp faşizmlə bağlı opponentləri tərəfindən yönəldilən ittihamları rədd edib.
Musavat.com-un xəbərinə görə, “Deyirlər ki, mən Hitlerəm, faşistəm. Mən faşist deyiləm. Mən onun qarşısındayam”, - deyə Tramp Corciya ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ABŞ prezidenti Co Baydenin Donald Trampı faşist hesab etdiyini söyləyib. Eyni fikri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mark Milli və Ağ Evin keçmiş administrasiya rəhbəri Con Kelli də bölüşür.
Maraqlıdır ki, onların hər ikisi Tramp administrasiyasında çalışıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ