Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Besart Kadia ilə görüşüb.
Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Albaniyanın Azərbaycanda ilk rezident səfiri təyin olunan Besart Kadia etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan və Albaniya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.
Azərbaycan və Albaniya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, investisiyalar, humanitar, turizm və s. istiqamətlər üzrə mövcud əməkdaşlığın məmnunluq doğurduğu, xüsusilə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələrinin münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilib.
Bir sıra regional və beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı, dəstək və həmrəyliyinin birgə təşəbbüslərin irəlilədilməsi, habelə ölkələrimiz əleyhinə atılan addımların qarşısının alınması baxımından əhəmiyyəti vurğulanıb.
Ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar prosesindən bəhs olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ