İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biləcəridəki klubda hoqqa çıxaran adam idi” - Aparıcı sirləri açdı

Ölkəmizdə ən çox tənqid hədəfi olan məsələlərdən biri də bir sıra televiziya verilişləridir. Reytinq xətrinə edilən davranışların saxta səmimiyyət göstəricisi olduğunu iddia edən bir sıra tamaşaçılar belə səbəblərə görə televiziyanı izləməkdən imtina etdiklərini bildirirlər. Hətta əksəriyyət hazırkı aparıcıları televiziyanın belə bir vəziyyətə düşməsində günahkar sayır. Tənqid olunan aparıcılar isə deyilənlərin əksinə, özlərindən sonra davamçılarını da yetişdirib efirə təqdim etmək niyyətlərində olduqlarını ifadə edirlər.

Tanınmış aparıcı Amil Xəlil “Yeni Sabah”a açıqlamasında sözügedən məsələni şərh edib:

“Unutmayaq ki, televiziyada reytinq çox önəmlidir. Reytinq olmasa, onu hiss edirsən. Bizdə söyülən aparıcı birinci yerdə olur. Sırada ilk üçlükdə kimdirsə, bilin ki, həmin adam çox söyülür. Amma reytinqdə ilk yerdədir. Bunun şou-biznes aləminə də təsiri var. Adam yanıb-tökülür. Vaxtilə jurnallarda, qəzetlərdə hoqqalar verən müğənni abır-həyasından danışır. Bunun özü də bir reytinqdir. Çünki danışığı ilə qıcıq yaradır. Cavanlar bilməsə də, köhnələr bilir ki, o, Biləcəridə filan klubda, Binəqədidə, Nizamidə hoqqa çıxaran bir adam idi. İndi isə namus, qeyrətdən danışır.

Efirdə yaxınlarından, ailəsindən danışıb ağlayan müğənnilər 15-20 ilin ifaçılarıdır. Bu kimi məsələlərin yeni müğənnilərə aidiyyatı yoxdur. Fikir versəniz, yeni ifaçıların heç kimi yoxdur. Ana-ataları imtina edib və hansısa yollardan keçərək müğənni olmağa çalışırlar. Onlar qondarma müğənnilərdir, tarixləri yoxdur”.

Tanınmış aparıcı, şoumen Kamran Həsənli isə həmin məsələdə barədə belə düşünür:

“İndiki efirləri yerli-dibli silib televiziyanı yenidən yaratmaq lazımdır. Ona görə ki, bizim millətimizə, adımıza uyğun bir mənzərə olsun. İndiki televiziya əyri güzgüdür. Millətimizi biabır edir. Nəinki hazırkı aparıcıların davamçılarını yenidən efirlərə dəvət etmək, hamısını ləğv etmək lazımdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR