Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Samsun şəhərində 2 ay əvvəl FETÖ-dən qovulan keçmiş polis məmuru Oğuz Doğan özünü yaşadığı evin 8-ci mərtəbəsindən ataraq intihar edib.
Musavat.com xəbər verir ki, ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Oğuz Doğanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə dünən axşam saatlarında Samsunun Atakum səmtinin Atakent rayonunda baş verib.
Oğuz Doğanın evli və uşaq sahibi olduğu, FETÖ-dən qovulduqdan sonra daşınmaz əmlak biznesinə girdiyi bildirilib.
Hadisə ilə bağlı istintaq davam edir.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ