İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp əcnəbi qadınların ABŞ-da uşaq doğmasına qarşıdır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası ərəfəsində şəxsin ölkədə doğulmasına əsaslanaraq avtomatik vətəndaşlıq verilməsindən imtina etməyi təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə "The Hill" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp qeyri-qanuni miqrantlarla mübarizə məqsədilə bu prinsipi ləğv etmək istəyir və Ağ Evdə ilk iş günündə müvafiq fərman verməyi planlaşdırır.

Qəzet yazır ki, belə bir qərar immiqrasiya müdafiəçiləri və hüquqşünasların tənqidinə səbəb olacaq. Əksər ekspertlər hesab edir ki, prezidentin belə səlahiyyətləri yoxdur və fərmanla “bu hüququ ləğv edə” bilməz.

Əvvəllər Tramp Amerika lideri kimi sözügedən hüququ “çılğın siyasət” adlandırır, bunun hər il ölkə büdcəsinə milyardlarla dollara başa gəldiyini bildirirdi. Tramp bildirirdi ki, bu təcrübə "analıq turizmi" adlanan turizm növünün yaranmasına gətirib çıxarıb. 

Belə bir tendensiya var ki, hamilə əcnəbi qadınlar vətəndaşlıq almaq üçün leqal və ya qeyri-leqal şəkildə ABŞ ərazisinə keçir və orada uşaq doğaraq bu hüquqdan yararlanırlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR