İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp çox ciddi addımlar vəd etdi: İki həftə ərzində...

ABŞ prezidenti Donald Tramp Ağ Evdə FİFA prezidenti ilə görüşü zamanı Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlamalar verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, iki həftəlik müddətdən nələr gözlədiyini açıqlayıb: “Ukraynada müharibə həll olunmasa, iki həftə ərzində çox vacib qərar qəbul edəcəyəm. Biz görəcəyik ki, böyük sanksiyalar tətbiq edək, yoxsa ümumiyyətlə, heç nə etməyək”.

O, həmçinin bildirib ki, Ukrayna və Rusiya danışıqlar masasına oturmasa, “günahın kimdə olduğunu görəcək”. Bundan əlavə, Tramp Putin və Zelenski ilə görüşmək istədiyini bildirib. ABŞ-ın iki həftə ərzində Rusiyaya və Ukraynadakı münaqişəyə münasibətini dəyişməyə hazır olması ilə bağlı bəyanatına aydınlıq gətirilməsi xahişinə cavab olaraq Tramp “bundan sonra nə edəcəyinə dair qərar” verəcəyini bildirib: "Bu, böyük sanksiyalar, yoxsa böyük tariflər, yoxsa hər ikisi olacağı ilə bağlı çox vacib bir qərar olacaq, yoxsa biz heç nə etməyəcəyik və bunun sizin mübarizəniz olduğunu söyləməyəcəyik".

Tramp deyib ki, o, Putinə Mukaçevoda ABŞ zavoduna endirilən zərbədən "şad olmadığını" deyib.

Trampın bu açıqlamaları Rusiyanın Alyaskada əldə olunan razılaşmalardan çəkilməyə başlamasına cavab kimi qiymətləndirmək olar. Xüsusilə Putinin Rusiya XİN rəhbəri Sergey Lavrovun dili ilə Vladimir Zelenski ilə görüş məsələsini Trampın xəyal məhsulu adlandırması ABŞ prezidentinin son açıqlamalarının əsas səbəblərindən biridir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR