Onlayn ictimai-siyasi qəzet
Donald Tramp administrasiyası, federal tədqiqat qrantları haqqında qanuna əməl etməməkdə ittiham edərək, Harvard Universitetindən yüz milyonlarla dollar dəyərində patentləri almaqla hədələyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müvafiq məktubu ABŞ ticarət naziri Hovard Lyutnik dərc edib.
Nazirin sözlərinə görə, Harvardın “Bay-Doul Qanunu” (patentlər haqqında federal qanun) çərçivəsində tələblərə əməl etməsinə dair “dərhal və hərtərəfli yoxlama” başlayıb. Universitet 5 sentyabra qədər Amerika vergi ödəyiciləri qarşısında öz öhdəliklərini yerinə yetirməyə başlamalıdır. Əks halda, patentləri üçüncü şəxslərə veriləcək və qanunun pozulduğu hallarda hazırlanmış ixtirələr üzərindəki mülkiyyət hüquqları əlindən alınacaq.
Tələblər arasında ixgtiralar barədə məlumatların vaxtında açıqlanması, istehsala ABŞ-da üstünlük verilməsi, universitetin elmi işlərini daha tətbiqi xarakterə yönəltmək üçün daha səmərəli tədbirlərin görülməsi yer alır. Bundan əlavə, 5 sentyabra qədər universitet federal büdcə hesabına alınmış bütün patentlərin ətraflı siyahısını, onların hazırkı tətbiq sahələrini, həmçinin həmin patentlər üzrə mövcud lisenziya müqavilələrinin kimlərlə bağlandığını təqdim etməlidir.
Musavat.com
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ