Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Tehranın nüvə proqramı ilə bağlı diplomatik əlaqələr qurmaq şansı var və ABŞ-ın İrana zərbə vurub-vumayacağına iki həftə ərzində qərar verəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
O, Vaşinqton administrasiyası rəhbərinin bəyanatını oxuyub: "İranla yaxın gələcəkdə baş tutması ehtimalı böyük olan danışıqların reallaşması və ya baş tutmaması halında iki həftə ərzində hərəkət edib-etməmək(İrana qarşı zərbələr endirmək – red.) barədə qərar verəcəyəm". Levitt ABŞ-ın İrana zərbə endirməsi ehtimalından danışaraq, “Tramp iki həftə ərzində qərar verəcək” deyə əlavə edib.
Mətbuat katibinin sözlərinə görə, ABŞ təkid edir ki, İranla mümkün nüvə sazişi onu uranı zənginləşdirmək hüququndan tam məhrum etməlidir. Vaşinqtonun fikrincə, İranla hər hansı razılaşma “uranın zənginləşdirilməsinə yol verməyəcək”. Bura həmçinin İranın nüvə silahı əldə etməsinin tam mümkünsüz hala gətirilməsi də aiddir.
Musavat.com
20 Iyun 2025
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ