Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Co Bayden administrasiyası tərəfindən neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırmaq və prezidentliyinin ilk günlərində avtomobillərin tullantıları ilə bağlı ciddi standartların ləğvi prosesinə başlamaq niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp federal qurumlara federal torpaqlarda və sahilyanı zonalarda qazma işlərinə qoyulan qadağalara yenidən baxmağı, həmçinin mayeləşdirilmiş təbii qazın ixracı üzrə yeni layihələrin təsdiqinə qoyulmuş moratoriumun ləğvini tapşıracaq.
"Bu tədbirlər ABŞ-ın enerji müstəqilliyini və iş yerlərini bərpa etməyə kömək edəcək", - Trampın keçid komandasına yaxın mənbələr bildirib.
Donald Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.
Musavat.com
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ