İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Baydeni TƏHDİD ETDİ: "Yenidən prezident seçilsəm..."

"2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsəm, prezident Co Baydenə qarşı ittihamları davam etdirəcəyəm".

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

"ABŞ tarixinin ən korrupsioner prezidenti olan Bayden və ailəsi üçün xüsusi prokuror təyin edəcəyəm" - o əlavə edib.

Qeyd edək ki, Bayden vitse-prezident olarkən oğlu Hanter Ukraynada yerləşən enerji firmasındakı vəzifəsi səbəbindən korrupsiyada ittiham olunurdu.

Səlahiyyət müddəti bitdikdən sonra əyalətə təhvil verməli olduğu rəsmi sənədləri qeyri-qanuni yollarla götürməsi səbəbindən Mayamidə hakim qarşısına çıxan Tramp işin “siyasi motivli” olduğu arqumentini təkrarlayıb.

Tramp istintaqa rəhbərlik edən keçmiş baş prokuror Cek Smiti “yaramaz” adlandırıb. Keçmiş prezident iddia edib ki, ona qarşı ittihamlar diqqəti prezident Co Baydenin ailəsinə qarşı rüşvət ittihamlarından yayındırmaq məqsədi daşıyır.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR