Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp avropalı müttəfiqləri ilə yeni strateji saziş müqabilində yüksək idxal tarifləri tətbiq etməklə Aİ ilə ticarət müharibəsinə başlamaq planlarından əl çəkə bilər.
Musavat.com xəbər verir ki, bu fikir Bloomberg-in dərc etdiyi materialda yer alıb.
Materialda aparılan hesablamalara görə, Aİ ölkələri hərbi xərclərin minimum səviyyəsini hazırda NATO-da müəyyən edilmiş ÜDM-in 2 faizi əvəzinə 3 faizinə qaldıra və bu göstəriciyə nail olmaq üçün konkret vaxt çərçivələrini müəyyən edə bilər. Bundan əlavə, sövdələşmənin bir hissəsi olaraq, Aİ bu ölkədə yüksək texnologiyalı sənayenin inkişafını cilovlamaq üçün Çinə investisiya axınının məhdudlaşdırılması ilə bağlı ABŞ ilə daha sıx əməkdaşlığa başlaya bilər.
Bloomberg-in yazdığına görə, “mübadilə”nin əvəzi olaraq Tramp Aİ-dən mallara əlavə idxal tarifləri tətbiq etmək planlarından imtina edə, həmçinin Kiyevə uzunmüddətli dəstək üçün Aİ ilə birgə proqram hazırlaya bilər. Həmçinin hadisələrin bu cür inkişafı ilə Amerika lideri çox güman ki, ABŞ-ın Avropada təhlükəsizliyin təmin edilməsində iştirakını, o cümlədən Amerika kontingentinin Avropada mövcudluğu səviyyəsində saxlamağa söz verəcək.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ