Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın prezidenti Donald Tramp sosial şəbəkə X-də ABŞ və Qrenlandiya arasındakı dostluğu vurğulayan video yayımlayıb.
Musavat.com xəbər verir ki, videoda İkinci Dünya Müharibəsi zamanı ABŞ ordusunun Qrenlandiyanı nasist hücumlarından qorumaq üçün yerli sakinlərlə birlikdə mübarizə apardığı qeyd edilir.
Bununla yanaşı, materialda Qrenlandiyanın hazırda Rusiyanın aqressiyası və Çinin ekspansiyası ilə üzləşdiyi bildirilir. Video "sülh, təhlükəsizlik və gələcək naminə amerikalılar və qrenlandiyalıların yenidən birləşməyə çağırışı" ilə başa çatır.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ