İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ABŞ prezidentliyinə yeganə respublikaçı namizəd olaraq qalır

Cənubi Karolinanın keçmiş qubernatoru və eks-prezident Donald Trampın prezidentliyi dövründə BMT-nin səfiri olmuş Nikki Heyli Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədən imtina etdiyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bunu dünən Çarlstonda çıxışı zamanı Trampın respublikaçıların 15 praymerizindən 14-də qalib gəldiyi zaman deyib.

"Kampaniyamı dayandırmağın vaxtı gəldi", - Heyli deyib və əlavə edib ki, heç nəyə görə peşman deyil.

Beləliklə, keçmiş prezident Donald Tramp partiyanın namizədliyinə yeganə iddiaçı olaraq qalır. O, noyabr seçkilərində prezident Co Baydenə qarşı mübarizə aparır.

Heyli digər respublikaçı rəqiblərdən daha çox Trampa qarşı mübarizə aparıb.

Trampın seçki kampaniyasının sözçüsü Kerolayn Livitt deyib ki, o, "vacib olan məsələlərə - immiqrasiya, iqtisadiyyat, xarici siyasətə diqqət yetirməyə davam edəcək".

Prezident Co Bayden Trampı demokratik prinsiplər üçün ekzistensial təhlükə adlandırıb.

Baydeni dəstəkləyən “Stand Up America” təşkilatının icraçı direktoru Kristina Harvi deyib ki, respublikaçılar faktiki olaraq özlərinə prezidentliyə namizəd olaraq, diktatorluğa başlamaq olmaq istəyən şəxsi seçiblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR