İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp 4 saatlıq həkim müayinəsindən danışdı: Çox yaxşı ürəyim var

ABŞ prezidenti Donald Trampın tibbi müayinəsi "yaxşı" keçib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Tramp özü açqılayıb.

"Ümumiyyətlə, mən özümü çox yaxşı formada hiss etdim. Yaxşı ürək. Yaxşı ruh. Çox yaxşı ruh",-deyə ABŞ prezidenti bildirib.

Prezident daha sonra əlavə edib: "Mən Baydendən bir az fərqli olmaq istədiyimi qərara aldım. Koqnitiv testdən keçdim. Bütün sualları düzgün cavablandırmağımdan başqa sizə nə deyəcəyimi bilmirəm".

Tramp həmçinin həkimlərdən həyat tərzində dəyişiklik etməsinə dair tövsiyə aldığını deyib. KİV-in məlumatına görə, Valter Rid Dövlət Xəstəxanasında tibbi müayinə təxminən dörd saat davam edib.

Trampın bir neçə proseduru anasteziya olmadan keçirdiyi bildirilir. Ağ Ev Amerika liderinin səhhəti ilə bağlı həkimlərin nəticələrini dərc edəcəyinə söz verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

06 May 2025

BÜTÜN XƏBƏRLƏR