İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyda FACİƏ: Bəy gəlinlə rəqs zamanı dünyasını dəyişdi

Misirdə keçirilən toy şənliyi gözlənilmədən faciəyə çevrilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Əşrəf Əbu Həkəm adlı bəy mərasim zamanı gəlinlə rəqs edərkən qəfil yerə yıxılıb və həyatını itirib.

Məclis iştirakçıları onun köməyinə çatsa da, xilas etmək mümkün olmayıb. Təcili tibbi yardım briqadası gənc kişidə ürək tutması halını qeydə alıb. Bəydə əvvəlcədən sağlamlıq problemi olub-olmaması barədə açıqlama verilməyib.

Qeyd edək ki, yaxın vaxtlarda Hindistanda da oxşar hadisə yaşanmışdı. Karnataka ştatında 26 yaşlı bank işçisi Pravin Kurne toy mərasimində qəfil infarkt keçirərək dünyasını dəyişmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR