İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyda adam öldürən şəxs SAXLANILDI

Ağdaş rayonu ərazisində yerləşən şadlıq evlərindən birinin qarşısında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin xəsarətlər alması, daha sonra həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Musavat.com-a Ağdaş Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1970-ci il təvəllüdlü Qadir Məmmədovun aralarında yaranmış mübahisə zamanı İlkin İskəndərliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qadir Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR