Onlayn ictimai-siyasi qəzet
Tovuz rayonunun Aşağı Quşçu kəndində "İsuzu" markalı yük avtomobili ilə "Belarus" markalı toqquşması nəticəsində yaralıların sayı 3 nəfərə çatıb.
Musavat.com xəbər verir ki, qəza zamanı traktorun sürücüsü Əsgər Akifoğlu ilə yanaşı yük avtomobilində olan İlkin və Taryel adlı şəxslər müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hər üç şəxsin vəziyyəti orta ağırdır. Qəza nəticəsində zərbənin təsirindən traktor aşıb.
Faktla bağlı araşdırma başlanılıb.
***
Hadisə rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb.
Musavat.com xəbər verir ki, yük maşınının "Belarus" markalı traktorla toqquşması zamanı İlkin və Tariyel adlı şəxslər xəsarət alıblar.
Yaralılar yaxınlıqda yerləşən tibb müəssisəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ