İnsanlara hürriyət, millətlərə istiqlal!

Torosyandan Paşinyanla bağlı ŞOK AÇIQLAMALAR - “Özünə ağa axtarır...”

“Ermənistan müxtəlif güc mərkəzlərinin əlində primitiv küt alətə çevrilib. Bunun fonunda biz yeni ağrılı itkilər gözləməliyik, bu, qaçılmazdır”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin eks-spikeri, siyasi elmlər doktoru Tiqran Torosyan deyib.

“Beynəlxalq güc mərkəzləri Ermənistandan öz məqsədləri üçün istifadə edir. Ermənistan rəhbərliyinin ölkənin maraqlarını qorumaqdan imtina etdiyi bir şəraitdə hamı bundan istədiyi kimi yararlanacaq”, - deyə Torosyan bildirib.

Erməni siyasətçi Paşinyan iqtidarını sərt sözlərlə tənqid edib.

“Bu hakimiyyət nə əvvəl, nə indi, nə də son gününə qədər nə Qarabağ erməniləri (mətndə uydurma bir ad var - red.), nə də Ermənistan üçün nəsə edəcək. Beynəlxalq arenada onlar bir şeylə məşğuldurlar – ağa axtarmaq. Birincidən ikinciyə, sonra üçüncüyə qaçırlar, sonra birinciyə qayıdırlar və sonsuza qədər belə davam edirlər”, - deyə Tiqran Torosyan qeyd edib.

Revanşist siyasətçiyə görə, Paşinyan hakimiyyəti sülh müqaviləsinin imzalanmasına nail olsa belə, bu saziş Ermənistanın son təsliminin sənədinə çevriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR