İnsanlara hürriyət, millətlərə istiqlal!

Toponimiya komitəsinin tərkibi dəyişdirildi

Parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişiklik edildi.

Qərar layihəsini Elm və təhsil komitəsinin sədri, akademik-deputat İsa Həbibbəyli təqdim etdi. Qərara əsasən, komissiyanın 2021-ci ildə vəfat edən üzvləri - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qara Məşədiyev Komissiyanın üzvlərinin siyahısından çıxarılıb.

İ.Həbibbəyli dedi ki, həmin şəxslərin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Akif İmanlı və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışovun əvəzlənməsi məqsədəuyğun hesab edilib.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR