Onlayn ictimai-siyasi qəzet
“Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır”.
Musavat.com xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.
“Qazaxıstan mümkün qədər kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır”, - deyə Tokayev əlavə edib.
Musavat.com
28 Dekabr 2024
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ