İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev Silahlı Qüvvələrin quru qoşunlarının rəhbərini dəyişib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asan Jusupovu ölkənin quru qoşunlarının yeni baş komandanı təyin edib.

“Report” xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Asan Kuanış oğlu Jusupov Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin quru qoşunlarının baş komandanı təyin edilib”, - məlumatda deyilir.

2020-ci ilin noyabr ayından bu vəzifədə çalışan Talqat Koybakov Tokayevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Jusupov bundan əvvəl Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR