İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev: “Qazaxıstan Azərbaycanla iqtisadi əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir”

“Qazaxıstan Azərbaycanla ticari-iqtisadi və investisiya sahələrində hərtərəfli əməkdaşlığın inkişafı üçün bütün mümkün addımları atır”.

“Report” “Sputnik-Qazaxıstan”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə Astanada məhdud tərkibdə danışıqları zamanı deyib.

O bildirib ki, Qazaxıstan Cənubi Qafqaz regionunda aparıcı rol oynayan Azərbaycanla iqtisadi qarşılıqlı əlaqənin və əməkdaşlığın inkişafı istiqamətində çox ciddi işlərə köklənib. “Aramızda heç bir problem yoxdur. Sadəcə, bu istiqamətdə irəliləmək istəyi var”, - K.Tokayev bildirib.

O həmçinin qeyd edib ki, Qazaxıstan tərəfi Azərbaycanla siyasi arenada - istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda əməkdaşlıq etmək niyyətindədir.

K.Tokayev dəvəti qəbul edib Astanaya səfər etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR