İnsanlara hürriyət, millətlərə istiqlal!

"Titan" "Titanik"in yanına getdi, qayıtmadı - batiskafa nə oldu?

Məşhur okean layneri "Titanik"in batdığı yerə enən və itkin düşən "Titan" sualtı qayığı üçün ümidsiz axtarışlar davam edir. Mütəxəssislər batiskafa nə olduğunui anlamağa çalışır və "Titan"ın əlaqəni itirməsini izah etmək üçün ən yaxşı və ən pis ssenariləri irəli sürürlər.

Musavat.com xəbər verir ki, "The Guardian" qəzetinin elmi redaktoru Ian Samplın versiyasına görə, itkin sualtı qayıqda olanları dörd gün ərzində sağ saxlamaq üçün kifayət qədər oksigen var idi, lakin hava çatışmazlığı yeganə təhlükə deyil.

"Titan"ın "Titanik"in batdığı yerə enməsi qədər təhlükəli bir ekspedisiya üçün sınaqdan keçirilməli olan bort sistemlərinin uzun bir siyahısı və səyahətdən əvvəl müəyyən edilməli, qiymətləndirilməli olan bir çox ekoloji təhlükələr var. 

Sidney Universitetinin dəniz robotları üzrə professoru Stefan Uilyams deyir: "İnsanları bu cür potensial təhlükəli vəziyyətə saldıqda, işə başlamazdan əvvəl hər şeyin hərtərəfli yoxlanıldığına tam əmin olmalısınız. Suya bir şey göndərməzdən əvvəl bizim geniş yoxlama siyahımız var."

Sualtı qayıq və onun beş sərnişini suyun altına düşməzdən əvvəl batiskafda hansı yoxlamaların aparıldığı bəlli deyil, lakin güman edilir ki, standart yoxlama və prosedurlara əməl olunub. "Titanik"in batdığı dərinlikdə, dəniz səviyyəsindən 3800 metr aşağıda yaranan sarsıdıcı təzyiqi və həmin yerin Nyufaundlend sahillərindən təxminən 400 mil məsafədə yerləşməsini nəzərə alsaq, bütün yoxlamaların keçirildiyi tamamilə ağlabatandır. 

Bu sahənin mütəxəssisləri bildirdilər ki, dalış üçün hazırlıqlar sualtı qurğunun dizaynını və gəminin bütün mexaniki və elektrik sistemlərini yoxlamaqdan ibarətdir. Onlar enməyə başlamazdan əvvəl hər şeyin qaydasında olduğundan əmin olmalıdırlar ki, gövdə bütövdür, akkumulyatorlar doldurulub, heç bir qısaqapanma və ya elektrik nasazlığı yoxdur, mühərriklər işləyir, radio və akustik rabitə sazdır və sualtı qayıq daşıdığı yükü yerə endirə bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR