İnsanlara hürriyət, millətlərə istiqlal!

"Titan"ın ekipajı "Titanik"dən 487 metr aralıda həlak olub - Batiskaf pivə bankası kimi əzilib

 

ABŞ Sahil Mühafizəsi "Titanik"in qəzaya uğradığı yerə gedən "Titanik" batiskafının ekipajının həlak olduğunu elan edib. "Titan"ın operatoru beş ekipaj üzvünün hamısının öldüyün bildirib.

Musavat.com xarici mediaya istinadla bildirir ki, ötən bazar günü onların su təzyiqi nəticəsində öldüyü ehtimalı yüksəkdir. İnsanların qalıqları hələ də tapılmayıb. İndiyədək batiskafın beş hissəsi aşkar edilib. Gəminin əsas hissəsinin axtarışları davam edir. 

Sky News saytı xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin sözçüsü kontr-admiral Co Mauger “Titan” sualtı gəmisinin ekipajının öldüyünü təsdiqləyib.

“Birgə komandanlığın ekspertləri ilə məsləhətləşmələrdən sonra gəminin qalıqları sualtı təzyiq kamerasının hissələrinə uyğun gəlir. ABŞ Sahil Mühafizəsi və bütün birgə komandanlıq adından (mərhumların) ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - Mauger bildirib.

Onun sözlərinə görə, suyun təzyiqi üzündən batiskaf "Titanik" gəmisinin batdığı yerdən 487 m aralıda sözün əsl mənasında banka kimi sıxılıb-əzilib. Bu qənaətə gəlməyə batiskafın qalıqları əsas verir. Hazırda mühafizəyə görə, okeanın dibindəki mühit kifayət qədər “sərt” olduğundan ölülərin qalıqlarını tapmağın mümkün olub-olmayacağını proqnozlaşdırmaq mümkün deyil.

Maugerin dediyinə görə, uzaqdan idarə olunan vasitə "Titanik" gəmisindən təxminən 200 metr aralıda batiskafın quyruq konusunu tapıb. Həmçinin, batiskafın qalıqları "Titanik"dən 500 metr aralıda tapılıb. 

Aparatın əsas gövdəsi hələ tapılmayıb. Batiskafın axtarışına rəhbərlik edən Maugerin vurğuladığı kimi, dənizin dibində sərnişinlərin izlərini tapmaq çətin məsələdir. Hazırda uzaqdan idarəetmə aparatı axtarışları davam etdirir.

Maugerin iyunun 22-də verdiyi açıqlamadan bir müddət əvvəl Atlantik okeanında yoxa çıxan "Titan" qaylğının operatoru bildirmişdi:

“Baş direktorumuz Stokton Raş, şahzadə Davud və oğlu Süleyman Davud, Hamiş Harding və Paul-Henri Narjol faciəvi şəkildə həlak olublar.

“Titanik” filminin rejissoru olan amerikalı rejissor Ceyms Kemeron 1912-ci ildə aysberqlə toqquşaraq batan laynerlə indiki faciə arasında şok oxşarlıqdan danışıb.

Kameron ABC News-a deyib: “Titanik fəlakətinin oxşarlığı məni heyrətləndirdi. Kapitana qabaqda bir aysberq olduğu barədə dəfələrlə xəbərdar edilir, buna baxmayaraq o, tam sürətlə buz dağının üstünə gedir, nəticədə çox sayda insan ölür. Bu dəfə eyni yerdə xəbərdarlıqlara məhəl qoyulmadı və yenə faciə ba verdi”. 

Qeyd edək ki, "Titan" batiskafı iyunun 18-də "Titanik" laynerinin qəzaya uğradığı yerə doğru hərəkət edib və Atlantik okeanında radarlardan itib. Bu, dalışdan bir neçə saat sonra baş verib.

Batiskafda beş nəfər olub: “Ocean Gate” şirkətinin direktoru, sualtı qayığı idarə edən 61 yaşlı Stokton Raş, britaniyalı milyarder, 58 yaşlı Həmiş Hardinq, Pakistan əsilli britaniyalı iş adamı, 48 yaşlı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman, həmçinin cihazın pilotu, keçmiş hərbi dalğıc, "Titanik" gəmisinin kəşfiyyatçısı 77 yaşlı fransız Pol-Henri Narjol.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR