İnsanlara hürriyət, millətlərə istiqlal!

"Titan"da həlak olanların son saatı - Pakistanlı ata-oğul dalışa gecikə bilərmiş

İyunun 18-də “Titanik”in qalıqlarına baxmaq üçün sualtı ekspedisiyaya çıxan “Titan” batiskafının ekipajı akkumulyator enerjisinə qənaət etmək üçün tam qaranlıqda dərinliyə enib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ekspedisiyanın iki qurbanının əzizi Kristin Davud bildirib. O, deyib ki, dərinliyə dalış zamanı sərnişinlər sevimli musiqilərini dinləməli və okean canlılarıın izləyiblər.

Qadının sözlərinə görə, onun həyat yoldaşı Şahzadə və oğlu Süleyman uçuş gecikməsinə görə təhlükəli səfərdən yayına bilərdilər, lakin bu baş verməyib. Onlar 17 yaşlı qızları Alina ilə birlikdə "Polar Prince" daşıyıcı gəmisinə gəliblər. Dalışdan əvvəl elmi söhbətlər, "Titanik" gəmisinin qalıqları və ekspedisiya ilə bağlı müzakirə keçirilib.

Dalış iştirakçılarına dərinlikdə soyuq ola biləcəyi ehtimalına qarşı qalın corablar və papaq geyinmələri, səhərlər isə “az yağlı pəhriz”ə riayət etmələri və qəhvədən uzaq durmaları tövsiyə edilib. Sərnişinlərə sevdikləri musiqiləri telefonlarına yükləmək də təklif olunub, yalnız kantri musiqisi qadağan edilib. Sonra ekspedisiya üzvlərinə enişin tam qaranlıqda həyata keçiriləcəyi barədə xəbərdarlıq edildi.

Kristin Davud "The New York Times"a deyib ki, əri bu səfərə görə çox həyəcanlı olub. O, gəmidə ölənlər arasında olan "Titanik" üzrə dünyanın aparıcı ekspertlərindən biri olan Nargeolenin hekayələrini dinləməkdən həzz alırmış.

Xatırladaq ki, göyərtəsində beş nəfərin olduğu "Titan" batiskafı ilə əlaqə iyunun 19-da batdıqdan iki saat keçməmiş itib. Axtarışlar iyunun 22-dək, batiskafın parçaları aşkarlanana qədər davam edib.

Amerikanın OceanGate Expeditions şirkətinə məxsus cihazın göyərtəsində onun yaradıcısı Stokton Raş, veteran fransız dərin dəniz tədqiqatçısı Pol-Henri Nargeole, britaniyalı milyarder və kosmos turisti Həmiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman olub.

Ekspedisiya zamanı digər işlərlə yanaşı, "Titanik" gəmisinin qalıqlarından DNT nümunələrinin toplanması planlaşdırılırdı. Səkkiz günlük ekspedisiyada bir yerin qiyməti 250 min dollardır.

İyunun 28-də ABŞ Sahil Mühafizəsi Atlantik okeanında batan batiskafda ölənlərin qalıqları olduğu güman edilən qalıqları aşkar edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR