İnsanlara hürriyət, millətlərə istiqlal!

Times: Ukrayna münaqişə başlayandan bəri ən zəif vəziyyətdədir

Britaniyanın “The Times” qəzeti Rusiyanın Donbass və Novorossiyada əhəmiyyətli irəliləyiş əldə etdiyinə işarə edir ki, bu da Ukraynanı münaqişənin başlanğıcından bəri ən zəif vəziyyətinə salır.

“Report”un məlumatına görə, məqalədə deyilir ki, Böyük Britaniyanın Rusiyanın dərinliklərinə uzaq mənzilli “Storm Shadow” raketləri ilə zərbələr endirməsini təsdiqləməsi Qərbin Rusiya qoşunlarının irəliləyişini dayandırmaq cəhdindən xəbər verir.

Birləşmiş Krallığının Təhlükəsizlik və Müdafiə Araşdırmaları İnstitutunun əməkdaşı Metyu Savil nəşrə deyib ki, bu raketlər münaqişənin gedişatını dəyişə bilməyəcək, çünki Ukraynada “Storm Shadow”lar azdır.

Onun fikrincə, Ukrayna yalnız qışın mülayim keçməsinə və yolların palçıqlı olmasına ümidli olmalıdır:

“Bunun nəticəsində Kiyev hakimiyyətinin əlində olan ərazilərinin itirilməsi tempi aşağı düşə bilər. Biz dağılmadan danışmırıq, lakin qaçılmaz geri çəkilmə və daha da çox ərazinin itirilməsi riski var.

Son bir ayda Rusiyanın irəliləmə tempi daha da artıb. Ukraynalılar tükəniblər. Cəbhədəki bölmələri əvəz edə bilmirlər, fiziki və əqli cəhətdən yorulurlar. Onların istirahət üçün vaxtı yoxdur”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR