İnsanlara hürriyət, millətlərə istiqlal!

Time: "ABŞ Kiyevi ərazilərin itirilməsi ilə barışmağa məcbur edəcək"

ABŞ Kiyevə maliyyə yardımı göstərməklə Ukraynanın ərazilərin itirilməsi ilə barışmağa razı sala bilər.
AzVision.az xəbər verir ki, bu barədə Time-ın köşə yazarı Filip Şort yazıb.

Məqalə müəllifi əmindir ki, Moskva Ukrayna münaqişəsində uduza bilməz. Yazıda bildirilir ki, məhz bu prinsipə görə Rusiya ilhaq etdiyi əraziləri əlində saxlayacaq.

Kiyev buna dözməli və hazırkı durumla barışmalı olacaq. Lakin Qərb Ukraynaya irimiqyaslı yenidənqurma yardımı göstərməyi də unutmayacaq.

"Qərbin Kiyevi qabaqcıl silahlarla təmin etməsi və bu prosesin davamlı olması müharibənin gedişatını müəyyən edən həlledici amil olaraq qalır.

Nəzəri olaraq, Qərbin kifayət qədər dəstəyi ilə ukraynalılar rusları Ukraynanın şərqindən və bəlkə də Krımdan sıxışdırıb çıxara bilərdilər. Amma praktikada bu baş verməyəcək. Necə ki, Rusiya bütün Ukraynanı ələ keçirə bilməyəcək, ukraynalılar da rusları tam şəkildə qova bilməyəcəklər", - məqalədə yazılıb.

Yazıda qeyd edilir ki, Polşa, Baltikyanı ölkələr və Çexiya Rusiyanı tam məğlub etməyə yönəlik çağırışlar edirlər. Onlar iddia edirlər ki, Putin dayandırılmasa, növbəti hədəf məhz bu ölkələr olacaqlar. Onların yaşadıqları sovet hökmranlığı tarixini nəzərə almaqla məlum bəyanatlarını başa düşsək də, indiki ilhaq qorxuları yanlışdır. Ukrayna ilə bağlı xüsusi bir vəziyyət yaranmışdı. NATO üzvü ilə birbaşa münaqişəyə girmək Rusiya üçün intihar olardı. Putinin müharibə boyu sərgilədiyi davranışları isə onun belə toqquşmadan qaçmaqda qərarlı olduğunu göstərdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR