İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə vəziyyət yenə gərginləşdi: parlamentin önünə etirazçılar toplanır - VİDEO

Tiflisdə vəziyyət yenidən gərginləşib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Gürcüstan parlamentinin prezidentin "Xarici agentlər" haqqında qalmaqallı qanuna veto qoymasını ləğv etməyə çalışacağı iclasın başlamasıdır.

Məlum olduğu kimi, qanunu qəbul etmək üçün deputatların sadə səs çoxluğu lazımdır.

Bu halda parlamentin spikeri onu imzalamaq hüququna malik olacaq. Bundan sonra sənəd dərc olunacaq və qüvvəyə minəcək.

Eyni zamanda, qanunun qəbuluna qarşı çıxan etirazçılar artıq parlament binası yaxınlığında toplaşır.

Videodan da göründüyü kimi, onlar hər an partlamağa hazır olan barıt çəlləyinə bənzəyirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR