Onlayn ictimai-siyasi qəzet
Tiflisdə keçirilən qılıncoynatma üzrə dünya çempionatında iştirak etmək üçün Gürcüstana gələn rusiyalı idmançılar insidentlə üzləşiblər.
Musavat.com xəbər verir ki, yerli fəallar idmançıların yerləşdiyi hotelin qarşısında təxribat törədiblər.
Onlar fişənglər yandıraraq səs-küy salıblar, rusiyalı idmançıları təhqir ediblər və üzərində "Bu gün atəşfəşanlıqdır, sabah isə Qradlar olacaq" yazılmış plakat açıblar.
Digər bir fəal qrupu isə Rusiya bayrağını yandıraraq tapdalayıb.
Hadisə sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ