İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayevin sabiq müşaviri ÖLDÜRÜLDÜ

Qazaxıstanda prezident Kasım-Jomart Tokayevin sabiq müşaviri Erjan Babakumarov döyülərək öldürülüb. O, prezident yanında mərkəzi kommunikasiyalar xidmətinin  rəhbəri vəzifəsində çalışıb.

Musavat.com xəbər verir ki, bu barədə "Orda.kz" nəşri məlumat yayıb.

Polisdən verilən məlumata görə, Babakumarovun tanışı ilə mübahisəsi davaya çevrilib. 56 yaşlı Babakumarov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, 1990-cı illərdə Babakumarov əmək fəaliyyətinə Almatı meriyasında başlayıb. Daha sonra o, prezident administrasiyasına keçib, orada daxili siyasətə nəzarət edib və Nazarbayevin rəhbərliyi altında informasiya mərkəzinə rəhbərlik edib. 2006-cı ildə mədəniyyət nazirinin müavini, sonra isə baş nazir Kərim Məsimovun ofisində çalışıb.

2019-cu ildə o, Qasım-Jomart Tokayevin müşaviri olub. 

Babakumarov fevral ayında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs edilib. Məhkəmə onun sürücülük vəsiqəsini ləğv edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR