Onlayn ictimai-siyasi qəzet
Tiflisdə "Gürcü Arzusu" partiyasına qarşı aksiyalar davam edir.
Musavat.com xəbər verir ki, aksiyalar sadəcə Tiflislə məhdudlaşmır və "Gürcü Arzusu" partiyasına qarşı etirazlar Batumi, Kutaisi və Zuqdidi şəhərlərində də keçirilir.
Gürcüstan Prezidenti Salome Zurabişvili diplomatlarla keçirdiyi görüşdən sonra müxalifət nümayəndələri ilə bir araya gəlib. Görüşdə ölkədəki mövcud siyasi vəziyyət və müxalifətin tələbləri müzakirə olunub.
Etirazlar Gürcüstanda hökumətə qarşı narazılıqların artdığı bir dövrə təsadüf edir. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri hökuməti qərbyönümlü siyasətdən uzaqlaşmaqda ittiham edirlər.
Musavat.com
@@TVmusavat/102153@@
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ