Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Rusiya ərazisinə müdaxiləsi Moskvanın qırmızı xətlərinin xəyali olduğunu üzə çıxardı və Rusiya lideri Vladimir Putinin passiv qaldığını ifşa etdi.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, “Ukrayna ordusunun bu ay Rusiyanın qərbindəki Kursk vilayətinə ildırım sürətilə daxil olması Rusiya üçün “qırmızı xətlərin ən qırmızısının” üstündən keçməkdir.
Lakin Putinin cavabı indiyədək heyrətamiz dərəcədə passiv və səssiz olub, onun müharibənin başlanğıcındakı ritorikasına tam ziddiyyət təşkil edir.
Halbuki 2022-ci ilin fevralında, işğal hərəkatının ilk günündə Putin “Rusiyanın yolunda dayanan istənilən ölkənin “bütün tarixinizdə heç vaxt görmədiyi nəticələrlə üzləşəcəyini” söyləyirdi.
Əgər Rusiyanın ərazi bütövlüyü təhdid olunarsa, "biz şübhəsiz ki, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan hər vasitədən istifadə edəcəyik. Bu, blef deyil.
“Rusiya vətəndaşları əmin ola bilərlər ki, Vətənimizin ərazi bütövlüyü, müstəqilliyimiz və azadlığımız, - bunu bir daha vurğulayıram, - əlimizdə olan bütün vasitələrlə təmin olunacaq”, - deyə o, həmin ilin sentyabrında bu sözləri söyləmişdi.
Lakin Ukraynanın Rusiya müdafiəsini yarması Rusiyanın hərbi çatışmazlıqlarını üzə çıxardı və Moskvanın xəyali qırmızı xətlərini üzə çıxardı.
İndi Qərbdə bəziləri Vaşinqtonun Rusiyanı qəzəbləndirməmək adına Ukraynaya silah tədarükünü gecikdirmək siyasətini tənqid etməyə başlayıb.
Onların söylədiklərinə görə, Ukrayna Moskvanın xəyali “qırmızı xətlərini” onsuz da dəfələrlə keçib. Xüsusilə, Rusiya flaqmanı “Moskva” kreyserinin batırılması, 2022-ci ildə Krım körpüsünün partladılması, 2023-cü ildə Kreml və Moskvaya pilotsuz təyyarələrin hücumu və Rusiya Federasiyasının strateji aviabazalarına hücumlar bunun sübutudur.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi Qərb texnikası da bir vaxtlar Moskvanın “qırmızı xətt”lərindən olub. Əgər bu silahlar vaxtında Ukraynaya verilsəydi bəlkə də həmin ölkədə kütləvi insan qırğınlarından qaçmaq olardı.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ