İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tezliklə Rusiyanın bu bölgəsi müstəqil ölkə olacaq” - ŞOK İDDİA

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırovdan qorxur. Kreml ona pul və hakimiyyətlə nəzarət edir, əks halda İçkeriya çoxdan azad olardı.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Əslində Putin Kadırovdan qorxur. Çünki Kadırov ona çox bəla gətirə biləcək bir insandır”, - Danilov bildirib.

Onun sözlərinə görə, Moskvanın öz, Kadırovun öz ordusu var və əgər Putin Çeçenistan rəhbərinə tam azadlıq verməsəydi, o zaman İçkeriya çoxdan üsyan qaldırardı:

“Putin gedən kimi İçkeriya azad ölkəyə çevriləcək. Kadırovla və ya Kadırovsuz, inanın mənə, bu, mütləq və çox tez baş verəcək. Çünki bu, Rusiya ilə qətiyyən heç bir əlaqəsi olmayan ayrıca bir ölkədir”.

Bundan əlavə, Danilov deyib ki, Putin Kadırovun atasını öldürmək əmrini verib və bu xalqın qanunlarına görə cavab verilməlidir./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR