İnsanlara hürriyət, millətlərə istiqlal!

Tezliklə “İbrahim razılaşmaları”na yeni dövlətlər daxil ediləcək – Trampın xüsusi nümayəndəsi

Tezliklə “İbrahim razılaşmaları”na yeni dövlətlər qoşula bilər.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff jurnalist Taker Karlsona müsahibəsində deyib: "Biz inanırıq ki, biz tezliklə bir neçə yeni ölkənin İbrahim razılaşmasına qoşulduğunu elan edəcəyik. Bu, münasibətlərin normallaşması üçün ilkin şərt olan Qəzza məsələsinin həlli sayəsində mümkün olacaq".

O, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun mühüm roluna diqqət çəkərək onu “görkəmli lider” adlandırıb. Bununla belə, Vitkoff əlavə edib ki, krallığın gənc əhalisi bölgədəki hadisələri diqqətlə izləyir və bu, ehtiyatlı yanaşma tələb edir: “Qəzza problemini həll etsək, bu, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasına şərait yaradacaq”. O xatırladıb ki, “İbrahim razılaşmaları”nı ABŞ prezidenti Donald Tramp yaradıb və bu sazişlərin genişləndirilməsini istəyir və Vaşinqtonun yeni administrasiyası bunun üzərində fəal işləyir.

Qeyd edək ki, “İbrahim razılaşmaları” 2020-ci ildə Trampın əvvəlki prezidentlik dövründə əldə edilib. Bu, İsrail ilə BƏƏ və Bəhreyn arasında münasibətlərin normallaşdırılmasına dair sazişlərdir. Daha sonra Sudan və Mərakeş İsraillə münasibətlərin normallaşdığını elan ediblər. Bu müqavilələrdən əvvəl yəhudi dövlətinin ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri var idi.

Onu da qeyd edək ki, bir müddət əvvəl ABŞ yəhudi icmasının 50 nüfuzlu ravvini Donald Trampa müraciət edərək Azərbaycan, Qazaxıstan və Özbəkistanın “İbrahim razılaşmaları”na daxil edilməsini istəyiblər. Müraciətdə bədnam 907-ci düzəlişin ləğv olunması da təklif olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

BÜTÜN XƏBƏRLƏR