Onlayn ictimai-siyasi qəzet
Musavat.com Priqojinin təyyarəsinin qəzaya uğraması barədə yeni məlumatları təqdim edir.
Qeyd edək ki, bu məlumatlar Rusiya mediasında yayılıb.
- Embraer təyyarəsi Tver vilayətində Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb.
- Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə üç pilot və yeddi sərnişin olub, onların hamısı həlak olub.
- Təyyarə Şeremetyevo hava limanından Sankt-Peterburqa uçurdu.
- Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, sərnişinlərin siyahısına əsasən, Yevgeni Priqojin də onların arasındadır.
- Federal Hava Nəqliyyatı Agentliyi qəza ilə bağlı araşdırmalara başlayıb.
- Hadisə yerində hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri işləyir.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ