İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təyyarə qorxusuna necə qalib gəlmək olar?” – Psixoloqdan məsləhətlər

“Son dövrlər, xüsusilə pandemiyadan sonra insanlarda ölüm, qəza, itirmək qorxusu artıb. Tək təyyarə qorxusu deyil, panik ataklar da geniş yayılıb. Hər bir hadisə insanların psixologiyasına pis təsir edir. Burada sosial şəbəkələrin də rolu böyükdür. Əsasən də  azyaşlılara, yeniyetmələr faciələrdən, qəzalardan xüsusilə təsirlənir”.

Bu sözləri Dərgi.az-a açıqlamasında psixoloq Nərgiz Əliyeva deyib. O, bildirib ki, insanlar öz kədərlərini  yaşamaqla gələcəkdə yarana biləcək panik ataklardan özünü qoruya bilər:

2024-12-27_20-29-23-e17353170339.jpg (55 KB)

“Bu qorxulardan özümüzü necə qoruya bilərik?

1.Təyyarə qorxusunun artmasına səbəb olan məlumat/video/ materialların bir müddət uzaq tutulması. Özəlliklə uşaqlara.

2.Diqqətin/ fokusun digər mövzulara yayındırılması( bu dönəmlərdə nəfəs praktikaları önəmlidir)

3.Nəfəs texnikalarının istifadəsi ilə, diqqəti duyğu/düşüncələrə deyil- bədənə və nəfəsə yönəlməsi

Ümumilikdə  bu cür hadisələr yaşananada insanların ağrısını, acısını, kədərini yaşamağa haqqı var. Çünki yaşanmayanda daha böyük panik ataklara, travmalara səbəb olur. Bu kədəri bəzi insanlar bir gün, bəzi insanlar 3 gün, bəziləri  uzunmüddətli yaşayır. Bizim insanların yaşadığı kədərə qarışmağa haqqımız yoxdur. Faciələr zamanı güclü durmaq, kədəri görməzdən gəlmək özümüzə etdiyimiz ən böyük pisliklərdən biridir”.

Nərgiz Əliyeva sosial şəbəkələrdə təyyarə qəzası ilə bağlı hazırlanan kədərli musiqilərlə olan videolara, kontentlərə və onların qınanmasına da münasibət bildirib:

“Bu cür məqamlarda paylaşımlarımıza diqqət etməliyik. Ən önəmli məqam duyğusal, əsas da rəhmətə gedən Hökümə xanımın səsi ilə olan videolar tənqid olundu. İnsanlar duyğularını istədiyi kimi yaşaya bilər. Heç kim kiməsə niyə duyğusal video paylaşırsan deyə bilməz. Biz anlamalıyıq ki,  o insan kədərini video vasitəsilə birüzə verir. Amma nəzərə də almalıyıq ki, hər şey öz qədərində olmalıdır. Mən kədəri içimdə də yaşaya bilərəm, hər hansı paylaşımla da göstərə bilərəm. Yetər ki, balans pozulmasın və başqasının qorxularına mənfi təsir göstərməsin. Biz həssas insanları unutmamalıyıq. Yaşlıları, azyaşlıları nəzərə almalıyıq, onları duyğusal kontentlərdən uzaq tutmalıyıq.  Valideynlər, müəllimlər yeniyetmələrlə, uşaqlarla söhbətlər aparmalıdır. Ölümü, faciəni başa salmalıdır. İnsanda travma, qorxu yaratmamaq üçün hər şey tarixi, üsulu, dəqiqliliyi ilə başa salınmalıdır ki, onlar rahatlıq tapsın”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR