İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə qəzası ilə bağlı cinayət işi araşdırılması üçün Rusiya İstintaq Komitəsinə VERİLDİ

Qazaxıstanda baş verən təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına ötürülüb.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyinə komitədən məlumat verilib.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib”, – deyə məlumatda bildirilib.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, iş üzrə təcrübəli müstəntiqlər, kriminalistlər və aviasiya hadisələrinin araşdırılmasında ixtisaslaşmış ekspertlərdən ibarət istintaq-operativ qrup yaradılıb.

“Cinayət işi çərçivəsində qəzanın başvermə şəraiti və səbəblərinin müəyyənləşdirilməsi üçün bütün zəruri tədbirlər görülür”, – deyə məlumatda qeyd edilib.

bastrikin.jpg (51 KB)
Aleksandr Bastrıkin 

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Qroznıda operativ müşavirə keçirərək, Aktau yaxınlığında baş verən təyyarə qəzasının araşdırılması barədə hesabat dinləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR