İnsanlara hürriyət, millətlərə istiqlal!

Tevanyanın Ermənistan və “Artsax”ın gələcəyi ilə bağlı 10 tezisi İrəvanı ÇALXALADI

“Birlikdə uzun mübarizə mərhələsini keçdik, indi yeni tura daxil oluruq. Özüdə daha təcrübəli və yetkin formada. Keçirilən mitinqlər simvolik xarakter daşıyır. Bu mitinqlər estafeti “88” hərəkatından, “Artsax”da keçirilən SOS mitinqindən götürüb”.

Konkret.az xəbər verir ki, bu barədə İrəvanın “Fransa” meydanında “Artsax”a dəstək mitinqini şərh edən “Ermənistan” blokunun deputatı Andranik Tevanyan deyib.

Tevanyan Ermənistanın və qondarma “Artsax”ın gələcəyi ilə bağlı 10 tezis təqdim edib:

Tezis 1

Ermənistan tərəfindən danışıqlar aparan şəxsi dəyişmək lazımdır. Məğlubiyyət ona görə yaşanır ki, erməni xalqı Azərbaycanın tələbləri ilə barışıb və hər şeyi kağız üzərində düzəltməyə hazırdır. Yəni “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıyır və Ermənistanın varlığını şübhə altına alır. 2019-cu ildə “Artsax” Ermənistandır, vəssalam” dediyi halda, bu gün “Syunik (Zəngəzur) Ermənistandır, bəsdir” ifadəsi ilə kifayətlənir. Biz onun Vaşinqton və ya Parisdə gizləndiyi yerdən “İrəvan Ermənistandır, vəssalam” deməsinə imkan verə bilmərik.

Tezis 2

Danışıq aparan şəxsin dəyişdirilməsi zəruridir. Yeni danışıqlar aparan şəxs hazırkından fərqli olmalı, yəni daha güzəştə getməməli, eyni zamanda yalançı hərbi-vətənpərvərlik mövqeyi tutmamalıdır. Hər iki halda biz müharibə və məğlubiyyət alacağıq. Bizə uzunmüddətli və sabit sülh lazımdır.

Tezis 3

Ermənistan-Azərbaycan danışıqlar formatı və “Artsax” məsələsi geosiyasi rəqabətin çəkişmə ünvanına çevrilə bilməz. Bu, beynəlxalq bir macəradır və bizə yalnız itkilər gətirir.

Tezis 4

Ermənistan-Azərbaycan münasibətlərinin danışıqlar formatı İrəvan-Moskva-Bakı üçbucağı əsasında formalaşmalıdır. Geosiyasi mərkəzlərin rəqabətindən ancaq Azərbaycan faydalanır, buna yol vermək olmaz.

Tezis 5

Ermənistan dincəlmək üçün vaxt və fürsət tapmalıdır. Danışıqlar aparmalı, və arxa cəbhədə iqtisadiyyatı inkişaf etdirməli, ordunu yenidən qurmalı, cəmiyyətdaxili düşmənçilik mühitini aradan qaldırmalıdır.

Tezis 6

Bütün növ nəqliyyat kommunikasiyaları sülh və gərginliyin azaldılması üçün açıq olmalıdır, koridor məntiqi isə istisna edilməlidir. Sərhədlərin delimitasiyası sovet xəritələri ilə elə aparılmalıdır ki, vətəndaşlarımızın hüquqlarına, ölkəmizin ərazi bütövlüyünə toxunulmasın.

Tezis 7

“Artsax” ermənilərinə dəstək üçün geniş miqyaslı proqramlar həyata keçirilməlidir. “Artsax” olmadan Ermənistanın varlığı sual altında qalacaq.

Tezis 8

Daxili həyatda köhnə adətlərin təkrarlanması və ya bugünkü pozulmuş adətlərin bərpası istisna edilməlidir.

Tezis 9

Biz təkcə güclü və təhlükəsiz deyil, həm də ədalətli Ermənistan qurmalıyıq ki, orada bütün vətəndaşlarımız özlərini tam hüquqlu sahib kimi hiss etsinlər. Sosial yükün altında qalan, ədalətə susayan insan özünü ölkəsinin tam hüquqlu ağası kimi hiss edə bilməz. Dörd il əvvəl bu yalançılar sadə insana ədalət vəd etdilər, ancaq ağır həyat, müharibələr və itkilər verdilər. 4 il əvvəl bananın qiymətinin düşməsindən danışırdılar, bu gün isə yerli kartof və pomidor bananın qiymətinə yaxınlaşır. O ki qaldı soyğunçuluğa, bu məsələdə hamıdan üstün oldular və qondarma inqilabçı oliqarxiya formalaşdırdılar. Hakimiyyətə peşəkar fırıldaqçılar gələndə belə olur.

Tezis 10

Hakimiyyət dəyişikliyi geniş ictimai-siyasi konsolidasiya, genişlənmiş və ya yeni mübarizə formatı, yüksək keyfiyyətli Ermənistan konsepsiyası, peşəkar kadrlar, müttəfiqlər və dünya üçün dərk edilmiş və etibarlı siyasi kodlar, iradə, qətiyyət və liderlik tələb edir. Bu tezisləri həyata keçirmək üçün zərurət yarandıqda, biz yalnız gündəliyimizi rəhbər tutaraq parlament və qeyri-parlament işinin bütün vasitələrindən istifadə etməliyik”.

P.S. Görünən odur ki, Tevanyanın iştahası pis deyil və o bütün bu sadalanan tezislərin reallaşacağına hələ də ümidlidir. Bəlkə də, Ermənistanın gələcəyi ilə bağlı nəsə etmək mümkün ola bilər. Amma “Artsax” adına bir şey qalmadığı, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu göz qabağındadır və bu reallığı nəinki Tevanyanın tezisləri, heç dünyanın super gücləri də dəyişə bilməz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR