İnsanlara hürriyət, millətlərə istiqlal!

Tevan Poqosyan: Ermənistan ayaq altında qala bilər  

Xarici oyunçular həmin anda hansı tərəfin güclü olmasından asılı olaraq, ya Ermənistanın, ya da Azərbaycanın tərəfində oynayaraq, öz maraqlarını yeridəcəklər. Bu, Rusiya, ABŞ, Fransa və bütövlükdə Avropa Birliyinəyə aiddir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq, keçmiş deputat Tevan Poqosyan deyib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlər böyük bir şam yeməyini xatırladır. Burada ölkələr ya masa arxasında oturur, ya da yemək kimi masaya sərilir.

Poqosyan tezliklə regionda bütün ölkələrə təsir edəcək proseslərin baş verəcəyini iddia edib. Regional proseslər nəticəsində Ermənistan məğlub ölkə kimi sadəcə olaraq “ayaq altında” qala bilər. “İndi biz (erməniləri deyir-red.) güclənməyimizə töhfə verəcək uzunmüddətli proseslər haqqında düşünməliyik, çünki qısa müddətdə artıq itirən tərəf bizik. Məğlub olan hökumətin dövlətin başında qaldığı yerdə qalibiyyətdən danışmaq olmaz. Azərbaycan səhifəni çevirib, bizim hökumətin əlinə qələm qoyub və hər şeyi diktə edir”,-deyə revanşist ekspert bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR