Onlayn ictimai-siyasi qəzet
Amerikanın elektromobil istehsalçısı “Tesla”nın kapitallaşması bu gün 2,3 faiz azalaraq 553 milyard dollara düşüb. Beləliklə də şirkət ABŞ-ın ən qiymətli şirkətləri siyahısında 11-ci yerə düşüb.
Musavat.com xəbər verir ki, onun yerini 563 milyard dollar kapitallaşma ilə Visa Inc. tutub.
“Tesla” səhmləri son üç seansda 13 faiz ucuzlaşıb. Bu qiymətli kağızlar Çin və Avropa İttifaqında elektromobil bazarlarında tələbin azalması səbəbindən 2024-cü ildə tədarüklərlə bağlı narahatlıqlar fonunda illik ifadədə 29 faiz ucuzlaşıb.
Morgan Stanley analitiki, “Tesla”nın ən yaxşı optimistlərindən biri Adam Jonas şirkətin səhmləri üzrə hədəf qiymətini bir səhm üçün 345 dollardan 320 dollara endirib, eyni zamanda “al” tövsiyəsini qoruyub saxlayıb: "Bu il elektromobillər üçün çətin bir il olacaq. Davam edən qiymət enişlərinə baxmayaraq, tələb azalmağa başlayır".
Jonasa görə, 2024-cü ildə “Tesla” satışları təxminən 10 faiz artaraq 1,8 milyon avtomobilə çatacaq, digər analitiklər isə ümumilikdə 2,1 milyon ədəd satış gözləyirlər.
Musavat.com
24 Dekabr 2024
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ