Onlayn ictimai-siyasi qəzet
Tərtər şəhərinin girəcəyində, Tərtər çayının müdafiə səddində Həsən adlı iş adamı tikinti aparıb, çoxsaylı obyektlər tikib.
Musavat.com xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi tikintinin qanunsuz olduğunu iş adamına bildirib, dayandırılmasını istəyib.
Lakin iş adamı tikintinin qanuni olduğunu iddia etdirməklə başa çatdırıb. Məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsində araşdırılaraq tikintinin qanunsuz aparılması, Tərtər çayının müdafiə səddi daxilinə nüfuz etməsi bir daha təsdiqlənib. Bundan sonra Fövqəladə Hallar Nazirliyinə müraciət olunmaqla xüsusi texnikalar vasitəsi ilə tikintinin sökülməsi qərara alınıb.
Lakin iş adamı söküntünün yalnız onun meyiti üzərindən baş tutacağını deməklə aparılmasına imkan verməyib.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır, prokurorluq orqanına sənədlər hazırlanır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ