İnsanlara hürriyət, millətlərə istiqlal!

Papikyan: “Ermənistan həm Fransadan, həm də ABŞ-dən yardım alır”

“Ermənistan Müdafiə Nazirliyi mütəmadi əsasda Fransadan və ABŞ-dən ixtisaslaşdırılmış məsləhətçi yardımı alır. Yunanıstan da bir sıra istiqamətlər üzrə koordinasiyalı yardım göstərir”.

Musavat.com xəbər verir ki, bu barədə NATO Parlament Assambleyasının “Rouz-Rot” 108-ci seminarında Ermənistanın müdafiə naziri Suren Papikyan bəyan edib.

Papikyanın iddiasına görə, hazırda əsas diqqət silahlı qüvvələrin idarəetmə və strukturunun yenilənməsinə, yeni strateji sənədlərin hazırlanmasına, həmçinin təhsil və hazırlıq imkanlarının gücləndirilməsinə yönəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR