Onlayn ictimai-siyasi qəzet
Müğənni və iş adamı Emin Ağalarov sosial şəbəkədəki paylaşımı ilə yenidən gündəmə gəlib.
Musavat.com-un xəbərinə görə, sənətçi bu dəfə izləyicilər arasında populyar olan “O mu, Bu mu” trendinə qoşulub.
Videoda müxtəlif suallara cavab verən Eminin seçimləri diqqət çəkib və izləyicilərin marağına səbəb olub.
Emin paylaşımına “Bütün cavablarla razısınızmı?” qeydi əlavə edib. Onun bu addımı həm sosial şəbəkə izləyicilərinin aktivliyini artırıb, həm də sənətçinin fərqli tərəflərini nümayiş etdirib.
İzləyicilər paylaşımı böyük maraqla qarşılayaraq şərhlərdə müxtəlif fikirlərini bölüşüblər. Hətta bir çoxu növbəti “part” üçün sənətçiyə yeni suallar ünvanlayıb və onun seçimlərinin davamını səbirsizliklə gözlədiklərini bildiriblər.
Könül
Musavat.com
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ