İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tərtər işi” ilə bağlı daha bir həbs – Müdafiə Nazirliyində nələr baş verir? – Ərəstun Oruclu ilə “Canlı debat”

Müdafiə Nazirliyinin daha bir zabiti saxlanılıb.

Bu barədə Bakupost.az-a hərbi polisin sabiq rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Hərbi ekspert həmin zabitin də “Tərtər işi” ilə bağlı saxlanıldığını güman edir: “Bildiyimiz kimi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


İstintaq qrupu bunu araşdırır. Generalın həbs olunması ilə bağlı açıqlama verməli idilər. Bəlkə də istintaq qrupu açıqlamamağı məsləhət bilib. Aldığım məlumata görə, təkcə general deyil, başqa bir zabit də həbs olunub. Onun təhqiqatçı olduğu deyilir.Beyləqanda Müdafiə Nazirliyinin Təhqiqat şöbəsinin zabiti olub”.

“Tərtər işi” ilə bağlı bir gündə iki həbsin olması nədən xəbər verir? Müdafiə Nazirliyində nələr baş verir? Bu, başqa hansı prosesləri tətikləyəcək?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 15.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq, təhlükəsizlik eksperti Ərəstun Oruclu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

 Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR