İnsanlara hürriyət, millətlərə istiqlal!

Terror təşkilatı bu ölkələrdə HƏRƏKƏTƏ KEÇDİ - ŞOK DETALLAR

Avropa Polis Təşkilatının (EUROPOL) hazırladığı Terrorla Mübarizə Vəziyyəti Hesabatında (TE-SAT) vurğulanıb ki, PKK terror təşkilatı Avropada çox fəaldır və üzv dövlətlərdən işə götürmə, inzibati və maliyyə bazası kimi istifadə edir.

Musavat.com xəbər verir ki, Avropada ifrat solun PKK-ya dəstəyinə diqqət çəkilən sənəddə bəzi ifrat solçuların münaqişə bölgələrində təşkilat qüvvələri ilə təlim keçdiyi və döyüşdüyü qeyd edilib.

Hesabatda bildirilib ki, Avropa İttifaqı (Aİ) ölkələrində narkotik ticarəti və fırıldaqçılıq PKK-nın qeyri-qanuni maliyyə mənbələri arasında yer alır və terror təşkilatının Aİ-dəki fəaliyyəti İraq, Suriya və Türkiyədəki əməliyyatlara dəstək məqsədi daşıyır.

Məlumata görə, Aİ-yə üzv ölkələrdə qeyri-müəyyən müddətə yaşamaq hüququna malik bəzi PKK üzvləri Suriya və İraqdakı münaqişə bölgələrinə səfər edir. Sənəddə müharibə təlimi keçmiş şəxslərin geri qayıtmasının üzv dövlətlər üçün təhlükə yarada biləcəyi vurğulanıb. Terror təşkilatının fəaliyyəti və onunla əlaqəli şəxslərin yaxından izlənməsinə baxmayaraq, ötən il PKK ilə bağlı İtaliyada 1, Almaniyada isə 4 nəfərin həbs edilməsi diqqət çəkib.

Avropa İttifaqı PKK-nın Suriyadakı uzantısı olan YPG-ni terror təşkilatı hesab etmir. Bu xətt TE-SAT-da da qəbul edilir. Bununla belə, hesabatda açıq şəkildə qeyd olunur ki, “müxtəlif fəaliyyətlərdən əldə edilən gəlirlər PKK-nın Aİ-dəki geniş təbliğat aparatını dəstəkləmək, kürd bölgələrinə humanitar yardım göstərmək və Suriyada fəaliyyət göstərən YPG-ni maliyyələşdirmək məqsədi daşıyır”. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR