İnsanlara hürriyət, millətlərə istiqlal!

Terror niyə məhz azərbaycanlı iş adamının mərkəzində törədildi? - Politoloqdan İLGİNC açıqlama

Məlum olduğu kimi, ötən gün Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.

Hazırda ən çox müzakirə edilən suallardan biri budur - Terror niyə məhz azərbaycanlı iş adamının mərkəzində törədildi?

Musavat.com xəbər verir ki, politoloq Yeganə Hacıyeva məsələyə bu cür mövqe bildirib:

yegane.jpg (246 KB)

“Martın 8-də ABŞ-nin Rusiyadakı səfirliyi və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Moskvada baş verə biləcək terror aktları barədə xəbərdarlıq etdi.

Rusiya Federal Təhlükəsizlik Xidməti həmin gün Moskvada sinaqoqlara hücum hazırlamaqda şübhəli bilinən İŞİD terror qruplaşması üzvlərini zərərsizləşdirdiyini elan etdi. Bu dəfə səfirliklərin xəbərdarlığı olmayıb, demək, terrora hazırlıq daha “yüksək səviyyədə” aparılıb və bu, iki-üç tacik İŞİD-çinin işi deyil.

Aeroportlar və metrolarda terror aktları həyata keçirə biləcək dərin terror mədəniyyətinə malik bir qüvvə azərbaycanlı iş adamının əyləncə mərkəzində terror aktı həyata keçirib.

Rusiya şou-biznesi milyardlarla dövriyyəsi olan və son zamanlara kimi etnik erməni qruplarının total nəzarətində olan sahədir. Onlar 2008-ci ildən sonra gürcülərin, 2014-cü ildən sonra isə ukraynalıların Rusiya əyləncə sektorundakı mövqelərini ələ keçirdilər. Son 2-3 il, xüsusilə son il bu sahədə dəyişikliklər olub. Paralel olaraq məkanın mənsub olduğu ailə, əlaqələri və s. Bir sözlə, niyə “Crocus City Hall” sualının cavabı açıq və netdir. İcraçılar tacik ola bilər, sifarişçi bəllidir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR