Onlayn ictimai-siyasi qəzet
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı üç kikboksçu cinayət məsuliyyətinə cəlb edilib.
Bu ilin yanvarında Bakı şəhəri Xətai rayonu ərazisində baş verən hadisə zamanı bir qrup idmançı kikboksinq üzrə əməkdar məşqçi Fuad Zeynalov və onunla birlikdə olan şəxsə hücum edib. Hadisə nəticəsində sonuncunun ağır xəsarət aldığı bildirilib.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində aparılan araşdırma zamanı hadisəyə görə üç kikboksçu - Elnur Həmidov Cinayət Məcəlləsinin 126.2.4, 221.3-cü maddələri, Musa Əhmədov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Elçin Hüseynov Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs edilib, hazırda onlar barəsində ibtidai istintaq tamamlanaraq cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Fuad Zeynalov ona hücum sifarişini Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Ramal Aslanovun verdiyini, bu hadisədən əvvəl də onun tərəfindən ona qarşı xuliqanlıq hərəkətlərinə yol verildiyini bildirmişdi.
R.Aslanov və qeyrilərinin əməllərinə hüquqi qiymət verilməsi üçün Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılıb və hazırda ibtidai istintaq davam edir./qafqazinfo
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ