İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərk edilmiş kənddə çəkdiyi bu görüntüləri milyonlarla insan bəyəndi - VİDEO

Türkiyənin Sivas vilayətinin tərk edilmiş bir kəndindən fotoqrafın çəkdiyi video 5 milyon insan tərəfindən izlənilib.

Musavat.com xəbər verir ki, videoya yazılan şərhlər onun bu qədər izlənilmə səbəbini ortaya çıxarıb.

Sivaslı fotoqraf Mustafa Aslanın adı vəhşi təbiətlə bağlı video və fotoşəkilləri ilə tez-tez gündəmdə olur. Mustafa gecə vaxtı ulduzları çəkmək üçün Sivasın tərk edilmiş kəndinə yola düşüb.

Mustafa Aslan cib telefonu ilə çəkdiyi unikal fotoşəkillərlə yanaşı, çəkiliş mərhələlərini də videoya çevirib. Aslan bu anları sosial media hesabında izləyicilərinə təqdim edib. Video yükləndikdən sonra 5 milyondan çox adam izləyib. Kəndin tərk edilmiş olması səbəbiylə yazılan şərhlər də diqqət çəkib. İzləyiciləri fotoqrafdan gecə vaxtı tərk edilmiş bir kənddə tək qalmağın necə hiss olduğunu soruşublar. Eyni zamanda fotoqrafın izləyiciləri tərk edilmiş kənddə gecələməyin qorxunc olduğunu bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR