İnsanlara hürriyət, millətlərə istiqlal!

Ter-Petrosyan xəstəxanaya yerləşdirildi

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xəstəxanaya aparılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, hazırda eks-prezident “Best Life” erməni-yapon tibb mərkəzindədir. Bu barədə birinci prezidentin mətbuat katibi Arman Musinyan öz Facebook səhifəsində yazıb. “Media sorğularına cavab olaraq bildirirəm ki, prezident Levon Ter-Petrosyan Best Life Kardioloji Klinikasında planlı tibbi müayinədən keçir”, - Musinyan əlavə edib.

Qeyd edək ki, 1945-ci ilin 9 yanvarında Suriyanın Hələb şəhərində anadan olan Ter-Petrosyan 1991-1998-ci illərdə Ermənistana rəhbərlik edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR