İnsanlara hürriyət, millətlərə istiqlal!

Ten Haq "Mançester Yunayted"dən razı deyil

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandadan daha çox şey gözlədiyini deyib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, hazırda 16 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci yerdə olan klubun çalışdırıcısı söyləyib:

“Düşünürəm ki, biz hələ də kifayət qədər yaxşı deyilik. Daha da səmərəli işləməliyik. Mən təkmilləşdirməli bir çox komponent görürəm. “Mançester Yunayted”in baş məşqçisi olduğum üçün xoşbəxtəm, amma hazırkı vəziyyətimizdən razı deyiləm. Bununla belə, necə bir insan olduğumu bilirəm. Mən həmişə daha çox istəyirəm, əldə edilənlərdən heç vaxt razı deyiləm".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR